Bakıda qadına qarşı quldurluqda təqsirləndirilən Saleh Muradov və Rəşad Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilənlərə hökm oxunub.
Saleh Muradov 9 il, Rəşad Qurbanov isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətinə bu ilin martın 29-da Binəqədi rayonu ərazisində bir nəfərin döyülərək pulunun alınması barədə müraciət daxil olub.
Məlumatla əlaqədar Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsi müvafiq tədbirlər həyata keçirib.
Araşdırmalarla həmin gün saat 14 radələrində Bakı şəhər sakini Zakir Mirzəyevin Biləcəri qəsəbəsi ərazisində 2 naməlum şəxs tərəfindən döyülərək 138 manat pulunun alındığı məlum olub.
Əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum edilmiş Saleh Muradov və Rəşad Qurbanov həbs edilib.