26 Avqust 2014 14:26
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda intihar hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Xəzər rayon Prokurorluğundan məlumat verilib.

Məlumata görə, hadisə rayonun Qala qəsəbəsindəki yeni yaşayış massivində qeydə alınıb. Qəsəbə sakini, 50 yaşlı Cəmil Qasımov özünü yaşadığı evin ikinci mərtəbəsində çılçıraqdan asıb.

Cəmil Qasımovun asılmış meyitinin ailə üzvləri aşkarlayıb. Cəmil Qasımov intihar edən zaman sərxoş olub. Onun intihar etməsinin səbəbləri araşdırılır.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər