10 Dekabr 2018 14:20
1 574
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda silsilə cinayətlər törədən Tovuz rayon sakini Gülnarə Novruzovanın daha bir cinayəti məlum olub.

Teleqraf.com xəbər verir ki, Xətai rayon Polis İdarəsində aparılan araşdırma zamanı Gülnarə Novruzovanın rayon ərazisində daha bir qadının 700 manatını və sənədlərini oğurlaması müəyyən edilib.

Qeyd edək ki, Gülnarə Novruzova noyabrın 7-də Səbail rayonunda həbs edilib.

Rayon ərazisində yerləşən gözəllik salonlarından birində müştəri olan qadının çantasından 9000 manat oğurlanıb.

Zərərçəkən bu barədə Səbail rayon Polis İdarəsinin 39-cu polis bölməsinə məlumat verən kimi oğurluq edən şəxsin axtarışlarına başlanılıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Tovuz rayon sakini Gülnarə Novruzova saxlanılıb.

O, ifadəsində oğurluq etdiyini təsdiqləyib.

Saxlanılan şəxsin ətrafında həyata keçirilən əlavə əməliyyat tədbirləri ilə onun paytaxtın digər rayonlarında da gözəllik salonları və geyim dükanlarından oğurluqlar etdiyi məlum olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub ki, Gülnarə Novruzova əsasən, qadınların çox olduğu məkanlara müştəri kimi daxil olaraq şəxsi əşyaları və pulları ələ keçirib.

Bildirilir ki, Gülnarə Novruzova Yasamal rayon ərazisində bir qadının çantasından 380 manat və sənəd oğurlaması müəyyən edilib.

Gülnarə Novruzovanın digər cinayətlər törətməsi də istisna olunmur.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər