Bakının Xətai rayonunda soyğunçuluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, naməlum şəxs dekabrın 6-da paytaxt sakini İ.Kazımovanın içərisində 230 manat və mobil telefon olan pulqabısını əlindən alıb.
34-cü polis şöbəsi əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini olan bir yeniyetmə saxlanılıb.