Bakılı qadınları Rusiyada fahişəliyə cəlb etmə faktı aşkar olunub.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsindən məlumat verilib.
Məlumata görə, idarə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Bakı şəhər sakini Sima Nəsirova tutulub. Onun gəlir əldə etmək məqsədi ilə qadınları Rusiya Federasiyasında cinsi istismara məruz qoyması müəyyən edilib.
Hacı Zeynalov