Dənizdə batmaq təhlükəsi ilə üzləşən xilas edilib.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Bakı şəhəri, Əzizbəyov rayonunda (“Zaqulba 1” sularda xilasetmə məntəqəsinin ərazisində) 1 nəfər batmaq təhlükəsi ilə üzləşib.
Həmin şəxs Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.
Əməliyyat saat 14:05-də başa çatdırılıb.