12 Dekabr 2018 13:46
453
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhərində ayrı-ayrı vaxtlarda evlərdən, mağazalardan və avtomobillərdən oğurluqlar etməkdə şübhəli bilinən 4 nəfərin tutulması üçün əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2 evdən və 1 mağazadan təmir-tikinti alətləri, pəncərə çərçivəsi və tütün məmulatı oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Tərlan Cəfərov, 2 avtomobildən, 1 qadının çantasından pul, yaddaş kartı, videoqeydiyyat qurğusu və 4 ədəd təkər oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Samir İsayev, 3 evdən pul, velosiped və geyim əşayaları oğurlamış, 1 nəfərə qarşı dələduzluq etməkdə şübhəli bilinən şəhər sakini Gülmirzə Şəfiyev, 2 avtomobildən pul və akkumulyator oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Ramil Əhmədov saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov