Balakən rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki evlərin birindən 1400 manat və 2 mobil telefon oğurlanıb.
Balakən rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini olan bir yeniyetmə saxlanılıb.
Onun dekabrın 1-də daha bir evdən oğurluğa cəhd göstərməsi də müəyyən edilib.