12 Dekabr 2018 19:36
693
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Metropoliteninin stansiyasında dava olub.

Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Teleqraf.com-a bildirib ki, hadisə metronun "Gənclik" stansiyasının platformasında, saat 18:30 radələrində baş verib:

"Stansiyada iki sərnişin arasında mübahisə yaranıb və mübahisə davaya çevrilib. Metropoliten işçiləri hadisəyə müdaxilə edib. Həmin sərnişinlər polis tərəfindən saxlanılıb".

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com