Bakının Xətai rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Telnov küçəsi, bina 2324 ünvanında yerləşən mənzillərdən birindən oğurluq edilib.
Bu barədə zərərçəkən Xətai rayon Polis idarəsinə müraciət edərək evdən dəyəri 1700 manat olan bir ədəd televizorun, qiyməti 700 manat olan noutbukun qapının sındırılması nəticəsində oğurlandığını bildirib.
İdarə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən, Gürcüstan vətəndaşı Geidar Mursakulov saxlanılıb.
O, istintaqa verdiyi ifadəsində oğurluğu etiraf edib, oğurladığı əşyaları satdığını bildirib.
Faktla bağlı Xətai rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
DİN əhaliyə müraciətlə bildirir ki, şəkildəki bu şəxsin digər cinayətlər törətməsi də istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Xətai rayon Polis İdarəsinə müraciət edə bilərlər.