14 Dekabr 2018 11:28
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə rayonunda yetkinlik yaşına çatmayanın qaçırılması ilə bağlı cinayət işi başlanıb.

Bərdə rayon prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, dekabrın 12-də polis şöbəsinə Şorəlli kənd sakini, 2003-cü il təvəllüdlü Natavan Süleymanovanın (ad, soyad şərtidir) qaçırılması barədə məlumat daxil olub.

Rayon polis şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 144.3-cü (adam oğurluğu, yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində Natavan Süleymanovanın Bərdə şəhər sakini, 1999-cu il təvəllüdlü Habil İsmayılov tərəfindən oğurlanmasında əsaslı şübhələr olduğundan sonuncu şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər