Bakının Nərimanov rayonunda intihar hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Nərimanov rayon Prokurorluğundan məlumat verilib.
Məlumata görə, Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Ramil Talıbov özünü yaşadığı mənzildə asıb. Onun mətbəxin tavanından asılmış meyitini ailə üzvləri aşkar edib.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov