26 Avqust 2014 18:52
2 065
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya vətəndaşı, Qərb Universitetinin 2-ci kurs tələbəsi, milliyətcə azərbaycanlı Vüsal Şilderin öldürülməzdən əvvəl avtomobilinə narkotik vasitə atmaqda, onu polis bölməsinə aparıb şərləməkdə təqsirli bilinən polis mayoru İlham Məmmədovun və digər şəxslərin məhkəməsi keçirilib.

Teleqraf.com-un xəbərinə görə, hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə İlham Məmmədovun 6 il 6 ay, Qurban Novruzovun 6 il 6 ay, Türkiyə vətəndaşı Yaşar Sümər Gücərin 4 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Kənan Babayevin barəsində 4 il şərti cəza təyin edilib.

Almaniya vətəndaşı Vüsal Adolf Şilder 2013-cü ilin mayın 2-də Bakının Nərimanov rayonu Ə.Rəcəbli küçəsində bıçaqlanaraq öldürülüb. Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Nərimanov Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi, 18-ci Polis Bölməsi və Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində qətldə şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Elman İsgəndərov, Abşeron rayon sakini Seymur Talıbov saxlanılıb.

Elman İsgəndərov və Seymur Talıbovun cinayət işi üzrə məhkəmə baxışı avqustun 21-də başlayacaq. Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıqov sədrlik edir.

Almaniya vətəndaşı olan 23 yaşlı Vusal Şilder Adolf əslən azərbaycanlıdır. Almaniya vətəndaşı olan kişi ilə Azərbaycan vətəndaşı olan qadın Vusal Şilder Adolfu 20 il əvvəl Bakıda övladlığa götürüblər. O, Qərb Universitetinin ikinci kurs tələbəsi olub. İnterpol Azərbaycanın əməkdaşları tərəfindən “qəsdən adam öldürmə” maddəsi ilə axtarışda olan həmin şəxs Prezident Administrasiyasında çalışan Tariyel Ağayevin kürəkəni Xəyal Əlizadədir. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Xəyal Əlizadə Birləşmiş Ərəb Əmirliklərində saxlanılıb. Əldə etdiyimiz məlumata əsasən, hazırda onun ekstradisiyası üçün tədbirlər görülür. Böyük səs-küy doğuran bu qətl hadisəsi ilə bağlı üzə çıxan detallardan biri odur ki, Vüsal Şilder Tariyel Ağayevin qızı ilə eşq yaşayıb. T.Ağayevin kiçik qızı Lalə Ağayeva Prezident Administrasiyasının yüksək rütbəli məmuru Fuad Abdullayevin (o da bərdəlidir) qaynı Anarın həyat yoldaşıdır... Həm Fuad Abdullayev, həm də qızın atasının özü Vüsal Şidlerə dəfələrlə xəbərdarlıq edərək qızla əlaqəni kəsməyi, onunla görüşməməyi, məktublaşmamağı, zəngləşməməyi tələb ediblər. Lakin əsas məsələ də bundadır ki, Lalə Ağayevanın özü də Şidlerə biganə deyilmiş. Ona görə də bu hədə-qorxu və xəbərdarlıqların heç bir xeyri olmayıb. Belə olanda bu eşq hekayəsini silah gücünə bitirməyə qərar veriblər.

Məlumatlara görə, Lalə Ağayeva demək olar ki, boşanmaq ərəfəsində imiş. Amma Tariyel Ağayev kürəkəninin könlünü dəbdəbəli və qiymətli hədiyyələrlə almağı bacarıb. Tariyel Əliyev kürəkəni Anara üç iri ticarət obyekti bağışlayıb. “Simonetta” butiki, “Double” və “Sanset” kafeləri ona qayınatası tərəfindən hədiyyə verilib. Mühafizəkar adam olan T.Ağayev qızının boşanmasına bu yolla mane olub. V.Şidler hədə-qorxu mesajları alandan bir neçə ay sonra qətlə yetirilib.

Hüquq-mühafizə orqanları bu gün belə bir yeni məlumat yayıblar: “ İnterpol Azərbaycanın əməkdaşları tərəfindən “qəsdən adam öldürmə” maddəsi ilə axtarışda olan həmin şəxs Prezident Administrasiyasında çalışan Tariyel Ağayevin kürəkəni Xəyal Əlizadədir. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Xəyal Əlizadə Birləşmiş Ərəb Əmirliklərində saxlanılıb. Əldə etdiyimiz məlumata əsasən, hazırda onun ekstradisiyası üçün tədbirlər görülür”.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər