18 Dekabr 2018 12:10
1 111
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dələduzluq yolu ilə başqalarının külli miqdarda pul və əmlakını ələ keçirməkdə təqsirləndirilən iş adamı Ceyhun Canıyevin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Ceyhun Canıyevin bəraət hökmünün çıxarılması barədə verdiyi apelyasiya şikayəti təmin olunmayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsi Ceyhun Canıyevı 9 il müddətinə azadlıqdan məhrum edib.

İttihama görə, iş adamı Ceyhun Canıyev Bakıda bir neçə sahibkarı aldatmaqla onlardan külli miqdarda pul alıb.

O, ümumilikdə 12 milyon dollar mənimsəməkdə təqsirləndirilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər