Bakıda qətldə təqsirləndirilən İlkin Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
İlkin Əsgərov 17 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə Sabunçu Rayonunda baş verib.
İlkin Əsgərov qardaşı arvadı Xatirə əsgərova ilə aralarında yaranan mübahisə zəminində sonuncunun üzərinə benzin tökərək yandırıb.
Zərərçəkmiş aldığı xəsarətlərdən hadisə yerində keçinib.