19 Dekabr 2018 13:23
754
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda taksi sürücüsünü öldürməkdə təqsirli bilinən Mehralı Babaşovun cinayət işi üzrə məhkəmə prosesi baca çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Mehralı Babaşov 2 il 3 ay müddətinə azadlıqdan məhrum olunub.

İttihama görə, Mehralı Babaşov taksi fəaliyyəti ilə məşğul olub və hadisə baş verən günü Nizami rayonu, “Qara Qarayev” metrosunun yaxınlığında maşınını saxlayaraq müştəri gözləyib.

Digər taksi sürücüsü Murad Qasımov da həmin əraziyə gələrək maşınını saxlayıb və müştəri çağırmağa başlayıb. Bu zaman onlar növbəyə görə mübahisə ediblər. Murad Qasımov Mehralı Babaşovu təhqir edib.

Mehralı Babaşov yumruq zərbəsi ilə Murad Qasımovun sifət nahiyəsinə zərbə endirib. Yerə yıxılan Murad Qasımovun başı asfalta dəyib və ağır xəsarət alıb.

Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olmayıb.

İstintaq orqanı tərəfindən Mehralı Babaşova qarşı Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham elan edilib.

Elan olunmuş ittiham üzrə Mehralı Babaşov özünü təqsirli bilib. Qeyd edib ki, hadisədən əvvəl metronun “Qara Qarayev” stansiyasının yaxınlığından “20 Yanvar” stansiyasına 1 manatdan sərnişin daşıyıb: “Həmin gün də işə çıxmışdım. Növbədə mən idim. Bir nəfər götürmüşdüm, üç adam da olsa, çıxacaqdım. Sonra rəhmətlik Murad gəlib mənimlə mübahisə etdi. O, nalayiq ifadələr işlədərək növbəyə keçdi. Mən də əlimin içi ilə onun sifətindən vurdum.

Yerə yıxılandan sonra orada olan digər taksi sürücüləri kömək elədilər. Təcili yardım gələndə polislər də gəldi. Onu xəstəxanaya apardılar. Məni də polislər saxladı”.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər