19 Dekabr 2018 17:36
867
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda arvadını öldürməyə cəhd etməkdə təqsirləndirilən İlqar Aslanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslə bağlı qərar çıxarılıb.

Qərara əsasən, anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilib və o, Səhiyyə Nazirliyi 1 saylı Respublika Psixatriya Xəstəxanasına göndərilib.

İttihama görə, paytaxtın Xətai rayonunda yaşayan İlqar Aslanov həyat yoldaşı Nübar Aslanovanı mübahisə zəminində bıçaqlayıb.

Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Onların birgə nikahlarından iki övladları var. Hadisəni törədən zaman İlqar Aslanov içkili olub.

İlqar Aslanovun barəsində Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsədən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər