Kürdəmir rayonunda soyğunçuluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Atakişili kəndi ərazisində naməlum şəxs kənd sakini olan bir qadına zor tətbiq edib.
Naməlum şəxs qadının içərisində pul və mobil telefon olan çantasını alıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Mürtülü kənd sakini Namiq Osmanov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.