Bakıda və Sumqayıtda oğurluqla məşğul olan şəxslərin tutulması üçün əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, oğurluq etdiyinə görə tutulmuş Ceyhun Abbasovun ətrafında Nərimanov rayon Polis İdarəsinin 17-ci polis şöbəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisində “Toyota” markalı avtomobildən 120 manat və geyim əşyaları, “Nissan” markalı digər avtomobildən isə 500 manat oğurlaması da müəyyən edilib.
Bundan başqa, Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oktyabrın 10-da şəhər ərazisində “VAZ-2106” markalı avtomobildən inşaat materialları oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Gündüz Aydınov saxlanılıb.
Ətrafında aparılmış tədbirlərlə onun cari il aprelin 21-dən dekabrın 4-dək olan müddətdə şəhər ərazisindəki 3 evdən məişət əşyaları və inşaat materialları, habelə 1 qadının çantasından 90 manat oğurlaması da müəyyənləşdirilib.