27 Avqust 2014 09:59
815
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Şəmkir rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Dəllər qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1992-ci il təvəllüdlü Elnur Əsədov naməlum şəraitdə bıçaqlanıb. O, ağır vəziyyətdə Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Hazırda 22 yaşlı oğlan həkim nəzarəti altında müalicə alır.

Elnur Əsədov özünə gəlmədiyi üçün onun dindirmək mümkün olmayıb. Buna görə də onun kim tərəfindən və hansı səbəbdən bıçaqlandığı məlum deyil. Hazırda polis cinayəti törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması üçün əməliyyat tədbirləri görürlər.


Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər