Yevlax rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, cari il oktyabr ayından dekabr ayının 12-dək olan müddətdə Səmədabad kəndi ərazisindəki fermaların birindən 45 baş inək oğurlanıb.
Yevlax rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən, orada çoban işləyən Bərdə rayon sakini Nofəl İsmayılov saxlanılıb.