27 Dekabr 2018 16:10
1 688
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağsu rayonunda keçmiş arvadını qətlə yetirməkdə təqsirləndirilən Mahir Bəyalıyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rəşid Hüseynovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama münasibət bildirən təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə təqsirli bilib.

İttihama görə, bu il iyulun 6-da Ağsu rayonunun mərkəzində kirayədə yaşayan Samirə Bəyalıyevanın evinə gələn keçmiş əri, rayonun Hacıqədirli kənd sakini Mahir Bəyalıyev münaqişə zəminində ona bıçaqla xəsarət yetirib.

Nəticədə xəstəxanaya yerləşdirilən Samirə Bəyalıyeva orada ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Mahir Bəyalıyev tutulub.

Məlum olub ki, onlar hadisədən bir neçə il əvvəl boşanıblar.

İstintaq orqanı tərəfindən Mahir Bəyalıyev barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər