28 Dekabr 2018 10:55
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mənimsəmədə təqsirləndirilən Dəmir Bank ASC-nin Bayıl filialının sabiq müdiri Fərəh Rəşadətli, xəzinədar Tamamgül Xanlarova və bank əməkdaşı Fariz Qarayevin apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Qərara görə, təqsirləndirilən şəxslərin apelyasiya şikayətləri təmin olunmayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fərəh Rəşadətli 8 il müddətinə azadlıqdan məhrum edilib.

Digər təqsirləndirilənlər, barələrində polis nəzarəti qətimkan tədbiri seçilmiş Tamamgül Xanlarovanın 1000 manat cərimə olunması, Fariz Qarayevin isə əmək haqqından hər ay 20 faiz tutulması ilə bağlı məhkəmə hökm çıxarılıb.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti verərək bəraət istəyiblər.

Fərəh Rəşadətli Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq), 179.3.2-ci (mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Fariz Qarayev və Tamamgül Xanlarova isə 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham ediliblər.

Qeyd edək ki, həmin şəxslər 3 milyon manata yaxın pulu mənimsəməkdə təqsirli bilinir.

Cinayət işində 8 nəfər zərərçəkmiş var.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər