Azərbaycanda Cinayət Məcəlləsinin 2 maddəsi ilə axtarışda olan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib
Məlumata görə, Şirvan şəhər polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 144-cü (Adam oğurluğu) və 221-ci (Xuliqanlıq) maddələri ilə axtarışda olan Əli Hüseynli Rusiya Federasiyasının ərazisində saxlanılıb.
Əli Hüseynli Azərbaycana ekstradisiya edilib.