28 Dekabr 2018 11:44
2 131
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda silahlı insident baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Keşlə qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakinləri, 1991-ci il təvəllüdlü Tural Babayev və 1988-ci il təvəllüdlü Asif Bağırov naməlum şəxslər tərəfindən odlu silahla güllələnib.

Tural Babayev 3 saylı şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib. Asif Bağırov isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, cinayəti törədən şəxslər və zərərçəkmişlər kriminal aləmin üzvləridir.

Hadisənin kriminal qruplaşmaların arasında “hesablaşma” zəminində baş verdiyi iddia olunur.

Əvvəllər dəfələrlə məhkum olunan Tural Babayev və Asif Bağırov şirkətə məxsus “Hyundai Elantra” markalı avtomobil avtomobillə birlikdə hadisə baş verən yerə gəliblər.

Orada onlar digər şəxslərlə mübahisə ediblər.

Mübahisə sonda silahlı insidentin baş verməsi ilə nəticələnib.

Tural Babayev və Asif Bağırov avtomobildə güllələniblər.

Faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 29, 120.2.7-ci (iki və daha artıq şəxsi qəsdən adam öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər