Çex Respublikasının cənub-qərbindəki Prşibram şəhərində banka girən silahlı soyğunçu 9 nəfər müştərini girov götürüb, onlardan birini daha sonra sərbəst buraxıb.
Teleqraf.com xəbər verir ki, bu barədə polis sözçüsü Monika Şindlova bildirib.
“Bizdə olan məlumata görə, girovlardan heç birinə zərər yetirilməyib”, - deyən sözçü hadisə yerinin polis tərəfindən mühasirəyə alındığını, 28 yaşlı soyğunçu ilə danışıqlar aparıldığını qeyd edib.
Aparılan danışıqlardan sonra soyğunçu polisə təslim olub.