Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Nəsimi rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, hadisə Mərkəzi Bankın binası qarşısında qeydə alınıb. 1979-cu il təvəllüdlü Xalid İbrahimov naməlum şəxs tərəfindən bıçaqlanıb. O, ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
Hadisənin kim və hansı səbəbdən törədildiyi məlum deyil. Hazırda polis əməkdaşları cinayəti törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətindən əməliyyat tədbirləri keçirirlər.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov