9 Yanvar 2019 22:45
1 368
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə bir zamanlar ən savadlı mütəxəssislər, hərbçilər, iş adamları sui-qəsdlər nəticəsində öldürülüb.

Cinayətkarlar isə çox nadir hallarda həbs edilib.

Teleqraf.com bir vaxtlar Türkiyə üçün böyük işlər görən, amma sonradan öldürülən bir neçə şəxsin dosyesini təqdim edir.

Adnan Qəhvəçi

1949-cu ildə Trabzonda doğulub. Çox talantlı və çalışqan olduğu üçün həyatı hər zaman ictimaiyyətin gözü önündə olub. ABŞ-da elektrik mühəndisliyi üzrə təhsil alıb. Bir müddət orada işləyib. Türkiyəyə qayıtdıqdan sonra Boğazçı Universitetində müəllim kimi fəaliyyət göstərib. 12 sentyabr olayları ərəfəsində Nazirlər Kabinetinə işə dəvət edilib. Türkiyənin 46, 47 və 48-ci hökumətlərində vəzifələr tutub.

Əvvəl dövlət naziri, daha sonra isə maliyyə naziri postunu tutub. 1993-cü ilin fevralın 5-də Bolu-Gerde yolunda əks istiqamətdə avtomobil “sürdüyü” üçün qəzaya düşərək vəfat edib. Hadisə zamanı Adnan Qəhvəçinin yanında mühafizəçisi olmayıb. Türkiyə hərbi sənaye sahəsində göstərdiyi fəaliyyətlər səbəbindən bu şəxsin sui-qəsd qurbanı olduğu ehtimal edilir.

Əli Cəfər Okkan

1952-ci ildə Sakaryada doğulub. 1979-cu ildə Polis Akademiyasını bitirib. 1983-cü ildə Urfada polis məmuru olaraq işə başlayıb. Qars polis rəisi olduqdan sonra Diyarbəkir polis rəisi vəzifəsinə irəli çəkilib.

Burada işlədiyi müddət PKK və Hizbullah terror təşkilatına ciddi zərbələr endirə bilib. Əli Cəfər Okkan Mossadın bu bölgədə narkotik və silah qaçaqmalçılığı fəaliyyətini sıfır vəziyyətinə gətirib. 2001-ci ilin 24 yanvarında, saat 17:40-da valilik binasının yaxınlığında 5 polislə birlikdə öldürülüb. Yeddi polis isə yaralanıb.

Əli Cəfər Okkan öz dövründə Türkiyədə yetişən ən böyük vətənpərvərlərdən hesab olunur.

Çətin Emec

1935-ci ildə İstanbulda doğulub. Hüquq fakültəsini bitirdkdən sonra bir sıra qəzetlərdə işləyib. Son iş yeri “Hürriyyət” qəzeti olub.

1990-cı il martın 7-də sürücüsü ilə birlikdə yaşadığı evin qarşısında öldürülüb.

Ona sui-qəsdi təşkil edən İrfan Çağırçının İran tərəfindən dəstəklənən islam təşkilatıının üzvü olduğu ehtimal edilir.

Onun ölüdürülməsinə səbəb isə şəriətə qarşı yazdığı məqalələr olub.

Əşrəf Bitlis

1933-cü ildə Malatyada doğulub. Hərbi Akademiyanı bitirdikdən sonra Türk Silahlı Qüvvələrində işə başlayıb.

1978-ci ildə general-mayor, 1982-ci ildə general-letetnant rütbəsi alıb. Ordu generalı rütbəsinə qədər yüksəlib. 1993-cü ilin 17 fevralında bəlli olmayan səbəblərdən təyyarəsi qəzaya düşüb, özü isə ölüb.

Körfəz müharibəsindən sonra Şimali İraq-Şərqi Anadolu torpaqlarında hərbçilər yerləşdirilmişdi. Bu dövrdə ABŞ əsgərləri PKK ilə birlikdə hərəkət edərək türk hərbçilərə qarşı fəaliyyətdə olub. Əşrəf Bitlis bu bölgədən hərbçiləri geri çəkmək istədiyini dönəmin prezidenti Özala bildirib.

Ancaq o dövrdə baş qərargah rəisi olan general Doğan Gürəşlə aralarında fikir fərqliliyi də yaranıb.

Nəcib Hablemitoğlu

1954-cü ildə Ankarada doğulub.

Ankara Universitetinin siyasi elimlər fakültəsinin məzunu olub. 1978-ci ildə “Dildə, fikirdə, işdə” adlı jurnal çap etməyə başlayıb.

Sonradan MDB məkanında, ələlxüsus Moldovada türkçülük adına fəaliyyət göstərib.

2002-ci il martın 18-də sui-qəsdə məruz qalaraq öldürülüb.

Rəcəb Yazıçıoğlu

1948-ci ildə doğulub.

Ankara Universitetinin hüquq fakültəsini bitirib.

1968-ci ildə Aydınlıda məmur olaraq işə başlayıb. 1984-cü ildə Tokat vilayətinə vali təyin edilib.

Eyni zamanda büdcə ilə bağlı dərsliklərin ortaya çıxmasında mühüm rol oynayıb. 2003-cü ildə yol qəzasına salınaraq öldürülüb.

Ərzincan valisi olduğu dövrdə terrora qarşı sərt mövqedə olub. “Bu sistem dəyişməlidir” adlı kitabın müəllifi olub.


Müəllif: Cavad