10 Yanvar 2019 23:45
806
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Cəlilabad rayon Məşğulluq Mərkəzinin üç əməkdaşı korrupsiya faktına görə saxlanılıb.

Teleqraf.com Vitualaz.org-a istinadən xəbər verir ki, mərkəzin direktoru Mehdi Abbasov, baş mühasibi Hafiz Məmmədov və aparıcı mütəxəssisi Ziya Muradov özünüməşğulluq proqramı çərçivəsində 2018-ci il üzrə işsiz və işaxtaran 60 nəfərə yaxın vətəndaşa mal və materialların verilməsi üçün hərəsindən 1500-2000 manat rüşvət almaqda şübhəli bilinirlər.

Faktala bağlı cinayət işi qaldırılaraq araşdırma aparılır.


Müəllif: Teleqraf.com