11 Yanvar 2019 14:42
601
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda dələduzluq faktı aşkar olunub.

Teleqraf.com xəbər verir ki, naməlum şəxs Sabunçu qəsəbə sakini olan bir qadını aldadaraq 580 manat, 4000 manat dəyərində qızıl-zinət və bəzək əşyalarını alıb.

12-ci polis şöbəsi əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini F.Abdullayeva saxlanılıb.


Müəllif: Hacı Zeynalov