11 Yanvar 2019 18:00
605
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə hadisələrindən sonra barəsində cinayət işi başlanan Criminalaz.com saytının baş redaktoru Anar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com-un xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə baş tutan prosesdə məhkəmə istintaqı başlanıb və prokuror ittiham aktını elan edib.

Daha sonra sərbəst ifadə verən Anar Məmmədov özünü təqsirli bilməyib.

Daha sonra Anar Məmmədovun həyat yoldaşı Gülnar Məmmədova şahid qismində məhkəməyə dəvət edilib. O, yaxın qohum olduğunu deyərək ifadə verməkdən imtina edib.

Növbəti proses yanvarın 18-də davam edəcək.

Anar Məmmədov Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.


Müəllif: Hacı Zeynalov