12 Yanvar 2019 11:02
1 509
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda fala baxan qadın cinayət törədib.

Teleqraf.com xəbər verir ki, Sabunçu qəsəbəsində yaşayan bir qadın Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinə müraciət edərək, 2018-ci ilin iyul ayında ictimai nəqliyyatda təsadüfən tanış olduğu Fatimə adlı şəxsin, ümumilikdə, ondan fala baxmaq adı ilə 600 manat və 4000 manatlıq qızıl-zinət əşyaları aldığını bildirib.

Məlumat daxil olan kimi 12-ci polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində dələduzluq yolu ilə insanların etibarından sui-istifadə edən və zərərçəkənin pulunu, eləcə də qızıllarını məsimsəyən Salyan rayon sakini Fatimə Abdullayeva saxlanılıb.

Saxlanılan şəxs ifadəsində qeyd edilən cinayəti törətdiyini etiraf edib.

Onun barəsində 12-ci polis şöbəsində toplanan materiallar araşdırılması üçün Sabunçu RPİ-nin İstintaq şöbəsinə göndərilib.

Gördüyünüz bu şəxsin fala baxmaq adı ilə digər şəxsləri aldatdığı da istisna olunmur.

Onun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Sabunçu rayon Polis İdarəsinə və ya 12-ci polis şöbəsinə müraciət edə bilərlər.


Müəllif: Hacı Zeynalov