12 Yanvar 2019 16:15
1 852
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda oğurluq edən şəxsin tutulması üçün xüsusi əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsi, Gəncə şəhər Baş Polis İdarəsi, Tovuz rayon polis şöbəsi və Qusar rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 6-da Binəqədi rayonu ərazisindən “VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Göygöl rayon sakini, əvvəllər məhkum olunmuş Fərman Abdullayev saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, Fərman Abdullayev qeyd edilən avtomobilin üzərinə özünəməxsus eyni markalı avtomobilin dövlət qeydiyyat nişanlarını bağlayıb və satmaq məqsədi ilə Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Quliyevə verib.

Fərman avtomobilin üzərindəki dövlət qeydiyyat nişanlarını Kürdəmir rayonunun ərazisində tullayıb, sonra isə avtomobili Tovuz rayon sakini, əvvəllər məhkum olunmuş İsa Əliyevə satıb.

Qeyd edək ki, Elnur Quliyev Qusar rayonunun ərazisində, İsa Əliyev isə Tovuz rayonunun ərazisində saxlanılıb. Qaçırılmış “VAZ-2106” markalı avtomobil isə sonuncunun yaşadığı evin həyətində sökülüb, ban və şassi nömrələri silinmiş vəziyyətdə tapılıb.


Müəllif: Hacı Zeynalov