13 Yanvar 2019 00:42
786
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salyan rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki mağazalardan birindən 1500 manat, tütün məmulatı, danışıq kartları və ərzaq məhsulları oğurlanıb.

Salyan rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Böyükkişi Hacıyev və Elmar Şıxəliyev həbs ediliblər.

Məlum olub ki, dəstə üzvləri Salyan rayon sakini Xanhüseyn Heybətov həyətindəki tövlədən 4 baş xırdabuynuzlu heyvanı da oğurlayıblar.

Onların müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşlara məxsus 4 tövlədən də 23 baş xırdabuynuzlu heyvan oğurladıqları məlum olub.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov