14 Yanvar 2019 13:12
1 185
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qətl törətməkdə təqsirləndirilən 1975-ci il təvəllüdlü Ərəstun Ərəbovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məlumata görə 1975-ci il təvəllüdlü Ərsətun Ərəbov əvvəl də qəsdən sağlamlığa ağır zərər vurmağa, adam bıçaqlamağa görə məhkumluq həyatı yaşayıb. O, heç bir yerdə işləmədiyini deyib.

Təqsirləndirilən şəxsin vəkili işlə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.

Növbəti məhkəmə iclası yanvarın 21-nə təyin edilib.

İttihama görə, qətl hadisəsi ötən ilin iyulunda Nəsimi rayonu 3-cü mikrorayon qəsəbəsində baş verib.

Ərəstun Ərəbov metal qəbulu sexində işləyən Bərdə rayonunda məskunlaşan Laçın rayonundan məcburi köçkün, 1997-ci il təvəllüdlü Qafar Hüseynovu küt alətlə vuraraq qətlə yetirib.

Hadisəyə səbəb kimi tərəflər arasında yaranmış mübahisə göstərilir. Ərəstun Ərəbov mərhumu söyüş söydüyünü görə vurduğunu iddia edir.

Mərhumun yaxınları isə Ərəstun Ərəbovun içkili olduğunu, bir səbəb olmadan Qafar Hüseynovu öldürdüyünü deyib.

Yaxınlarının dediyinə görə, qətlə yetirilən Qafar Hüseynov 3 gün sonra hərbi xidmətə yollanacaqmış.


Müəllif: Hacı Zeynalov