14 Yanvar 2019 13:33
1 262
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda silahlı şəxsin tutulması üçün əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Abşeron rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Masazır kənd sakini Anar Bağırov saxlanılıb.

Ondan “AK-74” markalı silah götürülüb.

Məlum olub ki, Anar Bağırov əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunub.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov