14 Yanvar 2019 22:43
1 549
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən bazar günü Rusiyanın Çita şəhərinin Novaya Kuka kəndində 23 yaşlı qadının evi naməlum şəxslər tərəfindən qarət edilib.

Teleqraf.com Rusiya KİV-ə istinadla xəbər verir ki, zərəşəkmiş əyalət polis idarəsinə müraciət edib.

Evdən təxminən 7 min rubl dəyərində musiqi mərkəzi oğurlanıb.

Polis tərəfindən aparılmış araşdırma nəticəsində mənzilin ehtiyat açarının itdiyi üzə çıxıb.

Musiqi mərkəzi evin yaxınlığındakı qazanxanalrdan birində tapılıb. Qazanxana işçilər maqnitafonun tanımadıqları bir şəxs tərəfindən onlara satıldığını bildiriblər.

Polis əlamətlərə uyğun olaraq, oğrunun şəxsiyyətini müəyyənləşdirib. Görülmüş tədbirlər nəticəsində oğru tapılıb. Oğrunun evi qarət olunmuş qadının 26 yaşlı qardaşı olduğu aşkar edilib.

Sən demə, bacısının mənzilinin ehtiyat açarını məhz çirkin niyyətini həyata keçirmək məqsədilə qardaşı götürübmüş.

İfadəsində bildirib ki, o, evə girəndə bacısı bərk yatıbmış. Saxlanılan şəxs əlavə edib ki, pula ehtiyacı olduğundan musiqi mərkəzini oğurlayaraq, dəyər-dəyməzinə satıb.

Faktla bağlı araşdırma davam edir.


Müəllif: Rəsul