15 Yanvar 2019 11:30
2 292
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda qətl hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, “Nizami” metrostansiyasının yaxınlığında Saatlı rayon sakini, 1996-cı il təvəllüdlü Emin Şəmiyev bıçaqlanaraq öldürülüb.

Əsgərlikdən yeni gələn Emin Şəmiyevin öldürülməsi ilə bağlı polis və prokurorluq əməkdaşları əməliyyat keçiriblər.

Əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Şirvan şəhər sakinləri, əvvəllər dəfələrlə məhkum olunmuş Vəli Əliyev və Füzuli Nəcəfov Şirvan şəhəri ərazisində saxlanılıblar.

Füzuli Nəcəfovdan narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb.

Məlum olub ki, qətlin baş verməsinə səbəb metronun içərisində baş verən mübahisə səbəb olub.

Belə ki, bir qızın çiynindən düşən şalı yaşlı bir kişi götürdükdə cinayəti törədən şəxs və onun dostu gülməyə başlayıb.

Bu zaman orada olan Emin Şəmiyev Vəli Əliyev və Füzuli Nəcəfova gülmələrinə iradını bildirib.

Bu səbəbdən tərəflər arasında mübahisə düşüb.

Metrodan çıxdıqdan sonra tərəflər arasındakı mübahisə əlbəyaxa davaya çevrilib.

Nəticədə həmin şəxslər Emini ürək nahiyəsindən bıçaqla vurublar.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov