15 Yanvar 2019 15:54
1 123
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunda quldurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə yanvarın 13-də, saat 23 radələrində Səbail rayonu ərazisindəki parkların birində qeydə alınıb.

Parkda gəzişən Bakı şəhər sakini Z.Mehdizadəni naməlum şəxs ülgüclə hədələyib. Həmin şəxs Mehdizadənin pul və əlindəki fotoaparatı almağa cəhd göstərib.

Bu zaman ərazidə xidmət aparan Səbail rayon Mühafizə İdarəsi və Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən həmin cinayət başında yaxalanıb.

Polis əməkdaşları tərəfindən onun Sumqayıt şəhər sakini Nicat Həsənli olduğu müəyyən edilib.

Faktla bağlı Səbail rayon Polis İdarəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov