16 Yanvar 2019 11:50
624
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda quldurluqda təqsirləndirilən Nəsimi Qələndərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Nəsimi Qələndərov 10 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə ötən il mayın 7-də paytaxtın Binəqədi rayonunda baş verib.

Abşeron rayon sakini Nuhbala İsmayılov həmin gün Daxili İşlər Nazirliyinin ''102 Zəng Mərkəzi''nə müraciət edib. O, bildirib ki, taksi fəaliyyəti ilə məşğul olarkən tanımadığı şəxs Mehdiabad qəsəbəsi ərazisində avtomobilinə əyləşib və Binəqədi qəsəbəsinə gedəcəyini deyib.

Həmin ünvana çatanda isə sərnişin bıçaqla sürücünü hədələyərək ondan 200 manat pul alıb.

Hadisənin törədilməsində şəhər sakini, əvvəllər məhkum edilmiş Nəsimi Qələndərov şübhəli bilinib.

Binəqədi rayon Polis İdarəsinin əməkdaşları həmin şəxsi saxlayıblar.

Nəsimi Qələndərov istintaqa ifadəsində əməlini etiraf edib.

Məlum olub olub ki, Nəsimi Qələndərov elə həmin gün başqa bir taksi sürücüsünə qarşı da quldurluq edib.

O, Qubad Xudayevin avtomobilinə minərək eyni ssenari ilə sürücünü bıçaqla hədələyib və ondan 90 manat pul alıb.


Müəllif: Hacı Zeynalov