17 Yanvar 2019 15:32
1 553
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda qadın alveri ilə məşğul olan şəxs barəsində axtarış elan edilib.

Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, bu, Gəncə şəhər sakini Günel Bəylər qızı Hüseynovadır.

Günel Hüseynova 1992-ci ildə Daşkəsən rayonunda anadan olub.

Onun barəsində idarəyə bir neçə zərərçəkmiş qadın müraciət edib. Həmin qadınlar müraciətlərində Günel Hüseynova tərəfindən ölkə hüdudlarından kənarda fahişəliyə cəlb edildiklərini bildiriblər.

İdarə tərəfindən Günel Hüseynovanın barəsində axtarış elan edilib.

Qeyd edək ki, ötən il insan alveri ilə bağlı idarə tərəfindən bir neçə qadının barəsində axtarış elan edilib.


Müəllif: Hacı Zeynalov