17 Yanvar 2019 16:31
625
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda dələduzluq etməkdə təqsirləndirilən “Bakı MTK”ın rəhbəri Emil Məhərrəmov, şirkətin vəzifəli şəxsləri - Ruhin Əsgərov və Fərid Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Emil Məhhəromov 14 il, Ruhin Əsgərov isə 9 il müddətinə azadlıqdan məhrum edilib. Barəsində polis nəzarəti qətimkan seçilmiş Fərid Rəhimova şərti cəza verilib.

İttihama görə, təqsirləndirilən şəxslər eyni mənzili ayrı-ayrı şəxslərə satmaqda təqsirləndiriliblər. İş üzrə 52 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Zərərçəkmişlərə dəymiş ziyan ümumilikdə 3 milyon manatdır.

Qeyd edək ki, zərərçəkmişlər arasında “Qarabağ”ın sabiq futbolçusu, hazırda “Səbail” klubunda çıxış edən Rahid Əmirquliyev də var.

Rahid Əmirquliyevə ümumilikdə 150 min manatdan çox ziyan dəyib.

Rahid Əmirquliyev şirkətdən aldığı mənzil başqa şəxsə satılıb.


Müəllif: Hacı Zeynalov