18 Yanvar 2019 11:56
1 357
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə polis orqanları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

Teleqraf.com xəbər verir ki, daxil olmuş məlumat əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Maştağa qəsəbə sakini, əvvəllər məhkum olunmuş Bahadur Şirinovdan “Steçkin” markalı tapança, 2 ədəd patron darağı və 33 ədəd patron götürülüb.

Bundan başqa, Sabirabad rayon polis şöbəsi əməkdaşları Suqovuşan kənd sakini Mansur Zərbəliyevdən müvafiq sənədləri olmayan “BUM” markalı ov tüfəngi götürüblər.

Aparılan profilaktiki tədbirlər nəticəsində Bakı şəhər sakini N.Mahmudov tapdığı lüləsi və qundağı kəsilmiş, nömrəsi silinmiş ov tüfəngini könüllü olaraq Bakı şəhər Baş Polis İdarəsinə təhvil verib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.


Müəllif: Hacı Zeynalov