21 Yanvar 2019 11:47
2 191
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı qadınları fahişəliyə cəlb etməkdə təqsirli bilinən 1979-cu il təvəllüdlü Aynurə Qocayeva həbs edilib.

Teleqraf.com xəbər verir ki, Aynurə Qocayevanın həbs edilməsi üçün əməliyyatı Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları keçirib.

Məlum olub ki, Şəmkir rayon sakini Aynurə Qocayeva bir qrup şəxslə cinayət əlaqəsinə girib. Onlar ölkə vətəndaşları olan qadınları Türkiyə Respublikasına aparıb, insan alverinə məruz qoyması faktı müəyyən edilib.

Aynurə Qocayeva barəsində Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə başlanıb, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Hazırda istintaq davam edir.


Müəllif: Hacı Zeynalov