22 Yanvar 2019 13:12
471
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda dələduzluqda təqsirləndirilən Səbuhi Qocayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovanın sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

O, 7 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Səbuhi Qocayev Bakı şəhər sakini Rəhman Abdurəhmanova xaricdən elektron mallar gətirəcəyini vəd verib. Rəhman Abdurəhmanovdan 67 min manat pul alıb. Amma vədinə əməl etməyib.

Zərərçəkmişin şikayəti əsasında Səbuhi Qocayev həbs edilib.


Müəllif: Hacı Zeynalov