22 Yanvar 2019 14:31
790
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bastainfo.com” saytının baş redaktoru, Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəylinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama münasibət bildirən Mustafa Hacıbəyli özünü təqsirli bilməyib.

Daha sonra ona sərbəst ifadə vermək üçün söz verilsə də, sərbəst ifadə verməkdən imtina edib.

Növbəti proses yanvarın 29-da davam edəcək.

Mustafa Hacıbəyli Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Mustafa Hacıbəylinin barəsində ötən ilin yayında cinayət işi başlanıb. O, Gəncədə baş verən ixtişalardan sonra rəhbərlik etdiyi saytda silsilə yazılar dərc edib.

Mustafa Hacıbəylinin barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.


Müəllif: Hacı Zeynalov