23 Yanvar 2019 13:43
951
12 Punto 14 Punto 16 Punto 18 Punto

Samux rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsin tutulması üçün əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Samux rayon sakini Xaliq Mustafayev həbs edilib.

Onun həyətyanı sahəsindən 33 kiloqram 685 qram marixuana, müvafiq sənədləri olmayan “İJ-54” markalı tüfəng və 3 ədəd patron aşkar edilərək götürülüb.


Müəllif: Hacı Zeynalov