23 Yanvar 2019 21:53
955
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin İzmit şəhərində Yenicuma məscidi qarşısındakı parkda dəhşətli cinayət baş verib.

Teleqraf.com xəbər verir ki, aralarında pul söhbəti olan S.E. və Birol Kirşan parkda qarşılaşınca mübahisə etməyə başlayıblar. Daha sonra S.E. üzərindəki tapança ilə hər kəsin gözü önündə Birol Kırşana 2 dəfə atəş açıb. Sinəsindən yaralanan Birol Kirşan yerə yıxılıb. Hadisə yerinə polis və təcili yardım gəlib. Birol Kirşan Kocaeli Dövlət Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

S.E. isə polis tərəfindən həbs edilib, araşdırma aparılır.


Müəllif: Teleqraf.com