24 Yanvar 2019 01:00
444
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağstafa rayonunun Qaçaq Kərəm kəndində bıçaqlanma olub.

1971-ci il təvəllüdlü kənd sakini Əliyev Kamaləddin Dursun oğlu 1992-ci il təvəllüdlü Yolçuyev Elşən Mikayıl oğlu tərəfindən döş qəfəsindən bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib və əməliyyata olunub.

İlkin məlumatlara görə, K.Əliyev mübahisə zəminində kürəkəni tərəfindən bıçaqlanıb. Hadisəyə ailədaxili mübahisə səbəb olub. Belə ki, iki ay öncə E.Yolçuyevin həyat yoldaşı ondan küsərək ata evinə gedib. O, bir neçə dəfə qayınatasının evinə gedərək yoldaşı ilə barışmağı və geri qayıtmasını istəsə də, buna nail ola bilməyib. Bu axşam isə qayınatası ilə arasında mübahisə yaranıb. Nəticədə bıçaqlanma baş verib.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Neftçalada qonşular arasında bıçaqlaşma olub.


Müəllif: Teleqraf.com