İsmayıllı rayonunda silahlı insident baş verib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hadisə rayonun Hacıhətəmli kəndində qeydə alınıb. Kənd sakini Əlvan Allahverdiyev rayon polis şöbəsinə ərizə ilə müraciət edərək həmkəndlisi Əli Hüseynovun münaqişə zəminində ona və qardaşı Ramazana tərəf ov tüfəngindən 1 dəfə atəş açmasını bildirilib.
İsmayıllı rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə. Hüseynov saxlanılmış, ondan müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.
Faktla bağlı İsmayıllı rayon polis şöbəsi əməkdaşları tərəfindən araşdırma aparılır.
Hacı Zeynalov